2Dünya şahları yığışır, Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir.
3Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, Üstümüzdəki zəncirlərini ataq».
4Göylərin sakini gülür, Xudavənd onlara istehza edir.
5Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək, Qəzəbi ilə onları dəhşətə gətirəcək.
6O deyir: «Mən padşahımı Müqəddəs dağım Sionda əyləşdirmişəm».
7Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi: «Sən Mənim oğlumsan, Mən bu gün sənə Ata oldum.
8Məndən istə, onda irs olaraq millətləri, Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri Sənə verərəm.
9Onları dəmir əsa ilə qıracaqsan, Saxsı qab kimi çilik-çilik edəcəksən».
10İndi, ey şahlar, müdrik olun! Ey dünya hakimləri, ibrət alın!