19Ya Rəbb, uzaq durma, Ey mənim Qüdrətlim, dadıma tez çat!
20Həyatımı qılıncdan qurtar, Canımı itlərin caynağından qurtar,
21Məni aslanın ağzından xilas et! Çöl öküzləri məni buynuzlayarkən mənə cavab ver.
22İsmini qardaşlarıma elan edəcəyəm, Camaat arasında Sənə həmd söyləyəcəyəm:
23«Siz ey Rəbdən qorxanlar, Ona həmd edin, Ey bütün Yaqub nəsli, Onu şərəfləndirin, Siz ey İsrail nəsli, Ona ehtiram edin!
24Çünki Rəbb bu məzlumun dərdinə xor baxmadı, Ondan ikrah edərək üzünü gizlətmədi, İmdada çağıranda səsinə cavab verdi».
25Çoxlu camaat arasında həmd etdiyim Sənsən! Səndən qorxanların önündə əhd etdiyim təqdimləri verəcəyəm.
26Qoy məzlumlar doyunca yesin, Rəbbi axtaranlar Ona həmd etsin! Qoy canınız həmişə sağ olsun!