39Döyüş üçün məni qüvvə ilə bürüdün, Əleyhdarlarımı ayağımın altına saldın.
40Düşmənlərimin kürəyini mənə sarı çevirdin, Mənə nifrət edən yağıları məhv etdim.
41Fəryad etsələr də, onları qurtaran olmadı, Rəbbi çağırsalar da, cavab almadılar.
42Onları əzib külək sovuran toz etdim, Küçələrin palçığı kimi tapdaladım.
43Sən məni xalqın çəkişmələrindən qurtardın, Məni millətlərə başçı qoydun, Tanımadığım xalqları mənə tabe etdirdin.
44Yadellilər mənə boyun əydilər, Səsimi eşidəndə mənə itaət etdilər.
45Yadellilərin cəsarəti qırıldı, Titrəyərək sığınacaqlarından çıxdılar.