Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 16

Zəbur 16:3-9

Help us?
Click on verse(s) to share them!
3Yer üzünün müqəddəsləri isə nəcib insanlardır, Yalnız belələrindən zövq alıram.
4Yad allahların ardınca qaçanların dərdi artacaq, Onlar üçün qan təqdimləri vermərəm, Adlarını dilimə gətirmərəm.
5Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan, Püşkümə düşən Səndən asılıdır.
6Qismətimə gözəl yerlər düşdü, Bəli, mənə nemət nəsib oldu.
7Mənə nəsihət verən Rəbbə alqış edirəm, Hətta gecələr də vicdanım mənə ağıl öyrədir.
8Rəbbə həmişə üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram.
9Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur, Cismim əmin-amanlıqda yaşayır.

Read Zəbur 16Zəbur 16
Compare Zəbur 16:3-9Zəbur 16:3-9