3Ey günəş, ey ay, Ona həmd edin! Ey parlayan bütün ulduzlar, Ona həmd edin!
4Ey göylərin ən uca qatları, Ona həmd edin! Ey göy üzərindəki sular, Ona həmd edin!
5Rəbbin isminə həmd etsinlər! Çünki Onun əmri ilə yaranıblar.
6Rəbb onları həmişəlik, əbədi olaraq yerinə qoyub, Bunun üçün pozulmaz qayda qoyub.
7Rəbbə həmd edin, ey yer üzündəkilər, Ey dəniz əjdahaları, ey bütün dərinliklər,