1Rəbbə həmd edin! Allahımızı tərənnüm etmək nə qədər yaxşıdır! O buna layiqdir, Ona həmdlər söyləmək xoşdur!
2Rəbb Yerusəlimi bərpa edər, İsrailin əsarətdə olanlarını yığıb-gətirər.
3O, sınıq qəlblərə şəfa verər, Yaralarını sarıyar.
4Ulduzların sayını hesablar, Hər birini öz adı ilə çağırar.
5Xudavəndimiz əzəmətlidir, Qüvvəti çoxdur, dərrakəsi hədsizdir!
6Rəbb məzlumları ayağa qaldırar, Pisləri isə toz-torpaq içinə atar.
7Rəbbə şükür nəğməsi söyləyin, Allahımızı lira ilə tərənnüm edin!
8O, göyləri buludlarla bürüyər, Yer üzünü yağışla təmin edər, Dağlarda ot bitirər.
9O, heyvanlara yem verər, Çığırışan quzğun balalarını yemlər.
10O, güclü atlardan zövq almaz, Qüvvətli addımlardan razı qalmaz.