15Ya Rəbb, hamının gözü Sənə baxır, Vaxtlı-vaxtında onlara azuqə verirsən.
16Əlini açırsan, Bütün canlıları doyunca yedirirsən.
17Rəbb bütün yollarında adildir, Hər işində sadiqdir.
18Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır.
19Ondan qorxanları murada çatdırar, Fəryadlarına qulaq asıb onları qurtarar.