Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 144

Zəbur 144:1-9

Help us?
Click on verse(s) to share them!
1Davudun məzmuru. Alqış olsun Rəbbə, Qayama! Əllərimə döyüş təlimi, Barmaqlarıma müharibə təlimi verən Odur.
2Mənə Məhəbbət göstərən, mənim Qalam, Qülləm, Xilaskarım, Qalxanım, Pənahgahım, Xalqımı mənə itaət etdirən Odur.
3Ya Rəbb, insan kimdir ki, qayğısına qalırsan, Bəşər övladı kimdir ki, onu düşünürsən?
4İnsan bir nəfəsə bənzər, Ömrü kölgə kimi keçib-gedər.
5Ya Rəbb, göyləri yar, aşağı en, Dağlara toxun, qoy tüstülənsin.
6Şimşəyini çaxdır, düşmənləri dağıt, Oxlarını yağdır, yağıları darmadağın et.
7Göylərdən əl uzadıb dərin sulardan məni xilas et, Məni yadellilərin əlindən azad et.
8Onların dili yalan danışar, Sağ əlləri yalandan and etmək üçün qalxar.
9Ey Allah, Sənə yeni bir ilahi ilə şükür edəcəyəm, Səni ontelli çənglə tərənnüm edəcəyəm.

Read Zəbur 144Zəbur 144
Compare Zəbur 144:1-9Zəbur 144:1-9