Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 140

Zəbur 140:5-10

Help us?
Click on verse(s) to share them!
5Bu təkəbbürlü insanlar mənə tələ qurublar, Tor atıblar, cələlərini yolumun üstünə qoyublar. Sela
6Rəbbə dedim: «Allahım Sənsən, Ya Rəbb, yalvarıram, Sən məni eşit!
7Ey Xudavənd Rəbb, Sən qüvvətli Xilaskarımsan, Döyüş günündə başıma dəbilqə qoymusan.
8Ya Rəbb, qoy pis adam muradına çatmasın, Pis niyyətinə imkan vermə, qoy lovğalanmasın». Sela
9Ətrafımdakıların ağzından çıxan pis sözlər Qoy öz başlarına tökülsün!
10Qoy onların üstünə yanar közlər tökülsün, Onlar quyuya düşüb, çıxa bilməsin!

Read Zəbur 140Zəbur 140
Compare Zəbur 140:5-10Zəbur 140:5-10