Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 139

Zəbur 139:15-21

Help us?
Click on verse(s) to share them!
15Mən gizli bir yerdə yaranarkən, Dünyanın dərin yerində yaranarkən Bədənim Səndən gizli qalmadı.
16Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni gördü. Ömrüm başlamazdan əvvəl Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan.
17Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, Onların sayı-hesabı yoxdur!
18Saysaydım onları, qum dənələrindən çox olardı, Oyananda yenə mən Səninləyəm.
19Ey Allah, kaş ki pisləri qıraydın, Qantökənlərin hamısı məndən uzaq olaydı,
20Onlar Sənə qarşı pis niyyətlə danışır, Düşmənlərin adına küfr edirlər!
21Ya Rəbb, Sənə nifrət edənlərə nifrət etmərəmmi? Əleyhdarlarından ikrah etmərəmmi?

Read Zəbur 139Zəbur 139
Compare Zəbur 139:15-21Zəbur 139:15-21