Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 132

Zəbur 132:3-9

Help us?
Click on verse(s) to share them!
3O dedi: «Öz evimdə yaşamaram, Yatağımda yatmaram,
4Gözümə yuxu getməz, Gözlərimi yummaram
5Rəbbə layiq bir yer, Yaqubun qüdrətli Allahına bir məskən tapana qədər».
6Əhd sandığının Efratada olduğunu eşitdik, Onu Yaar tarlalarında tapdıq.
7Dedik: «Gəlin, Onun məkanına gedək, Kətilində səcdə edək».
8Ya Rəbb, qüvvənin rəmzi olan sandığınla birgə İstirahət edəcəyin yerə qalx.
9Kahinlərin həqiqətə bürünsün, Möminlərin Səni mədh etsin.

Read Zəbur 132Zəbur 132
Compare Zəbur 132:3-9Zəbur 132:3-9