Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri

Süleymanin Məsəlləri 10

Help us?
Click on verse(s) to share them!
1Süleymanın məsəlləri: Hikmətli oğul atasını sevindirər, Axmaq oğul anasına dərd gətirər.
2Şər yolla yığılan xəzinədən fayda götürmək olmaz, Amma salehlik insanı ölümdən qurtarar.
3Rəbb saleh insanı ac qoymaz, O, acgöz pisləri doydurmaz.
4Tənbəlin əlləri onu yoxsullaşdırar, Çalışqanın əli sərvət qazanar.
5Ağıllı oğul yayda məhsul yığar, Biçin vaxtı yatan oğul rüsvay olar.
6Saleh insanın başından bərəkət yağar, Şər adamın dili zorakılığı gizli saxlar.
7Saleh insanın adı xeyir-dua ilə çağırılar, Şər adamın adı isə çürüyər.
8Qəlbən hikmətli olan əmrləri qəbul edər, Səfeh boşboğazlığı üzündən itib-batar.
9Kamalla gəzib-dolaşan dinc yaşar, Yolu əyri olanlar üzə çıxar.
10Göz vuran başına bəla açar, Səfeh boşboğazlığı üzündən itib-batar.
11Salehin ağzı həyat qaynağı olar, Amma şər adamın dili zorakılığı gizli saxlar.
12Nifrət nifaq yaradar, Lakin məhəbbət bütün günahları örtər.
13Dərrakəlinin dilindən hikmət tökülər, Qanmaz kürəyindən kötəklənər.
14Hikmətli adamlar bilik toplar, Səfehin boşboğazlığı onu bəlaya yaxınlaşdırar.
15Zənginin var-dövləti ona qalalı şəhərdir, Kasıbı yoxsulluq bəlaya salar.
16Salehin mükafatı həyatdır, Şər adamınsa qazancı günahdır.
17Tərbiyəyə bağlanan həyat yolunda olar, Məzəmməti rədd edən yolunu azar.
18Nifrətini gizlədən yalan danışar, Axmaq hər yana böhtanlar yayar.

19Çox sözlərlə günahı azaltmaq olmaz, Dilini saxlayan ağıllıdır.
20Saleh insanın dili saf gümüşə oxşar, Şər adamın qəlbinin dəyəri az olar.
21Saleh öz dili ilə çox adamı doydurar, Səfeh qanmazlığı üzündən həlak olar.
22Rəbbin xeyir-duası insana sərvət gətirər, Daha ona qüssə verməz.
23Axmaq üçün şər iş görmək bir əyləncədir, Dərrakəlininsə hikməti var.
24Şər adam nədən qorxursa, başına gələr, Saleh isə muradına çatar.
25Qopan tufan şəri süpürüb aparar, Salehin təməli əbədi qalar.
26Dişlərə sirkə, gözlərə tüstü necə təsir edirsə, Tənbələ iş buyuran bunu elə hiss edər.
27Rəbb qorxusu ömür uzadar, Şər insanların ömründən illər azalar.
28Salehləri sevinc gözlər, Şər insanların ümidi boşa çıxar.
29Kamilin pənahı Rəbbin yoludur. Şər iş görənin başı bəla ilə doludur.
30Saleh heç vaxt sarsılmaz, Şər insanlar yer üzündə qalmaz.
31Salehin ağzı hikmətlə çiçəklənər, Hiyləli dillər kəsilər.
32Saleh insanın dili razı salmağı bacarar, Şər insanın ağzından hiyləli sözlər çıxar.