Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri

Süleymanin Məsəlləri 14

Help us?
Click on verse(s) to share them!
1Hikmətli qadın evini qurar, Səfeh qadın onu öz əli ilə uçurar.
2Düz yol tutan Rəbdən qorxar, Yolunu azan Ona xor baxar.
3Səfeh lovğa sözlərinə görə kötək qazanar, Hikmətlinin dili onu qoruyar.
4Öküz olmayan yerdə axur təmiz olar, Amma bol məhsul öküzün gücü ilə yaranar.
5Doğru şahid yalan deməz, Yalançı şahid yalandan üzə durar.
6Rişxəndçi hikmət axtaranda onu tapmaz, Dərrakəli adama bilik tapmaq asan olar.
7Axmağın qarşısından çəkil, Onun dilində ağıllı söz tapmazsan.
8Uzaqgörən hikməti ilə öz yolunu anlar, Axmaq səfehliyi ilə öz-özünü aldadar.
9Səfehlər günaha rişxənd edər, Əməlisalehlər bir-birini məmnun edər.
10Ürək öz dərdini bilər, Özgələr onun sevincinə şərik olmaz.
11Şərin evi tar-mar olar, Əməlisalehlərin yurdu çiçək açar.
12Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür.
13Ürək güləndə də qəmli olar, Sevincin sonunda da kədər var.
14Azğın ürəklilər öz yollarının bəhrəsini doyunca yeyir, Yaxşı adam isə əməlinin əvəzini alır.
15Cahil hər sözə inanar, Uzaqgörən hər addımına nəzər salar.
16Hikmətli qorxub pislikdən dönər, Axmaq ehtiyatsızdır, özünə güvənər.
17Hövsələsiz səfeh-səfeh iş görər, Pisniyyət adama nifrət edilər.
18Cahil səfehliyi irs alar, Uzaqgörənin başına bilik tacı qoyular.

19Pislər yaxşıların qarşısında, Şər adam isə salehin qapısında əyilər.
20Yoxsula qonşusu da nifrət edər, Zəngini isə çox adam sevər.
21Qonşusuna xor baxan günaha batar, Məzluma səxavət göstərən nə bəxtiyardır!
22Şər quranlar yolundan azmırlarmı? Məqsədi xeyirxahlıq olan xeyirxahlığa, sədaqətə çatar.
23Hər zəhmətdə bir fayda var, Boş sözlər insanı ehtiyac içində qoyar.
24Hikmətlinin başına sərvət tacı qoyular, Axmaqlar səfehliyi ilə tanınar.
25Doğru şahid canları qurtarar, Yalançı şahid hiylə qurar.
26Rəbdən qorxan tam arxayındır, Çünki Rəbb onun övladlarının pənahıdır.
27Rəbb qorxusu həyat qaynağıdır, İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır.
28Padşahın əzəməti xalqın çoxluğu ilə bilinər, Əgər təbəələri olmasa, hökmdar süqut edər.
29Gec qəzəblənənin böyük dərrakəsi var, Hövsələsizlərdən səfehlik çıxar.
30Ürəyin rahatlığı cana həyat verər, Paxıllıqsa sümükləri çürüdər.
31Kasıba zülm edən Yaradanına xor baxar, Yoxsula lütf göstərən Ona hörmət edər.
32Şər adam pisliyi üzündən qovular, Salehin ölümündə belə, pənahı var.
33Hikmət dərrakəlinin qəlbində özünə rahat yuva qurar, Hətta axmaqların arasında da bəlli olar.
34Salehlik bir milləti ucaldar, Günah ümmətləri utandırar.
35Padşah ağıllı qulundan razı qalar, Adbatıransa onun qəzəbinə düçar olar.