Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 136

Zəbur 136:1-11

Help us?
Click on verse(s) to share them!
1Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!
2Allahların Allahına şükür edin, Çünki məhəbbəti əbədidir!
3Hökmranların Hökmranına şükür edin, Çünki məhəbbəti əbədidir!
4Yalnız Odur böyük xariqələr yaradan, Çünki məhəbbəti əbədidir!
5Odur göyləri hikməti ilə quran, Çünki məhəbbəti əbədidir!
6Odur yerin təməlini sular üstündə qoyan, Çünki məhəbbəti əbədidir!
7Odur böyük işıqları yaradan, Çünki məhəbbəti əbədidir!
8Gündüzü günəşin hökmü altına saldı, Çünki məhəbbəti əbədidir!
9Gecə ay-ulduzların hökmü altında oldu, Çünki məhəbbəti əbədidir!
10O, Misirlilərin ilk oğullarını qırdı, Çünki məhəbbəti əbədidir!
11İsrail nəslini Misirlilərin arasından çıxartdı, Çünki məhəbbəti əbədidir!

Read Zəbur 136Zəbur 136
Compare Zəbur 136:1-11Zəbur 136:1-11