1İsrail övladları bu padşahları öldürdülər və onların torpaqlarını – İordan çayının şərqindəki bütün Arava ilə Arnon vadisindən Xermon dağına qədər olan yeri zəbt edib özlərinə mülk etdilər.
2Xeşbonda yaşayan Emorluların padşahı Sixon bu torpaqlarda hökmranlıq etmişdi: Arnon vadisi sahilindəki Aroerdən və vadinin ortasındakı Ammonluların sərhədi olan Yabboq çayına qədər Gileadın yarısı,
3şərqə tərəf Kinneret gölündən Arava dənizinə, yəni Duz dənizinə qədər, şərqdə Bet-Yeşimot istiqamətinə və cənuba tərəf Pisqa yamaclarının ətəklərinə qədər Arava torpağı idi.
4Sağ qalan Rafalılardan biri olan Başan padşahı Oq Aştarotda və Edreidə hökmranlıq edirdi.
5O, Xermon dağında, Sakada, Geşurlular və Maakatlılar sərhədinə qədər bütün Başanda, Xeşbon padşahı Sixonun sərhədinə qədər Gileadın yarısında hökmranlıq edirdi.
6Rəbbin qulu Musa və İsrail övladları onları öldürdülər. Sonra Rəbbin qulu Musa onların torpaqlarını irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdi.
7Livan vadisində olan Baal-Qaddan Seirə çıxan Xalaq dağına qədər İordan çayının qərb tərəfində olan torpaqlarda Yeşua ilə İsrail övladlarının öldürdükləri padşahlar bunlardır:
8Yeşua dağlıq bölgədə, yamaclı-düzənlikli bölgədə, Aravada, yamaclarda, çöldə, Negevdə yerləşən bu torpaqları, yəni Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevuslular ölkəsini, İsrail qəbilələrinə torpaq payı kimi mülk olaraq verdi.
9Yerixo padşahı; Bet-Elin yanındakı Ay şəhərinin padşahı;
10Yerusəlim padşahı; Xevron padşahı;
11Yarmut padşahı; Lakiş padşahı;
12Eqlon padşahı; Gezer padşahı;
13Devir padşahı; Geder padşahı;
14Xorma padşahı; Arad padşahı;
15Livna padşahı; Adullam padşahı;
16Maqqeda padşahı; Bet-El padşahı;
17Tappuah padşahı; Xefer padşahı;
18Afeq padşahı; Laşşaron padşahı;
19Madon padşahı; Xasor padşahı;
20Şimron-Meron padşahı; Akşaf padşahı;
21Taanak padşahı; Megiddo padşahı;
22Qedeş padşahı; Karmeldəki Yoqneam padşahı;
23Nafot-Dordakı Dor padşahı; Qilqaldakı Qoyim padşahı;
24Tirsa padşahı. Bütün padşahlar cəmi 31 nəfər idi.