Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 19

Luka 19:32-39

Help us?
Click on verse(s) to share them!
32Göndərilənlər gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər.
33Onlar sıpanı açanda onun sahibləri onlara dedi: «Bu sıpanı nə üçün açırsınız?»
34Onlar cavab verdilər: «Bu sıpa Rəbbə lazımdır».
35Sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərib İsanı onun belinə mindirdilər.
36O irəli gedərkən insanlar öz paltarlarını yola döşəyirdi.
37İsa Zeytun dağının aşağı düşən yamacına yaxınlaşanda çoxlu şagird gördükləri bütün möcüzələr üçün sevinib uca səslə Allaha həmd etməyə başladı.
38Onlar deyirdi: «Rəbbin ismi ilə gələn Padşaha alqış olsun! Göydə sülh, ən ucalarda izzət olsun!»
39İzdihamın arasından bəzi fariseylər Ona dedilər: «Müəllim, şagirdlərinə qadağan et!»

Read Luka 19Luka 19
Compare Luka 19:32-39Luka 19:32-39