Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Nehemya

Nehemya 7

Help us?
Click on verse(s) to share them!
1Divar tikilib qurtaranda və mən qapı taylarını vuranda məbəd qapıçıları, ilahiçilər və Levililər təyin olundu.
2Qardaşım Xananini və qala rəisi Xananyanı Yerusəlimə məmur təyin etdim. Çünki Xanani çoxlarından sadiq və Allahdan qorxan adam idi.
3Mən onlara dedim: «Gün qızana qədər Yerusəlimin darvazaları açılmasın. Qapıçılar oyaq olduğu müddət qapıları bağlayıb qıfıllayın. Yerusəlimdə yaşayanlardan da keşikçi təyin edin, qoy hamı öz evinin qabağında keşik çəksin».
4Şəhər geniş və böyük idi, lakin içində adam az idi. Evlər hələ tikilməmişdi.
5Allahım ürəyimə fikir göndərdi ki, əyanları, hökumət məmurlarını və habelə xalqı yığıb siyahıya alım. Mən ilk qayıdanların nəsil şəcərələrinin siyahısını əldə edib, içində belə bir yazı tapdım:
6Babil padşahı Navuxodonosorun əsir aldığı adamlar yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdı.
7Bunlar Zerubbabil, Yeşua, Nehemya, Azarya, Raamya, Naxamani, Mordokay, Bilşan, Misperet, Biqvay, Nexum və Baananın başçılığı ilə gəldi. Sürgündən qayıdan İsraillilərin sayı:
8Paroş övladları – 2172 nəfər;
9Şefatya övladları – 372 nəfər;
10Arah övladları – 652 nəfər;
11Yeşua və Yoav nəslindən Paxat-Moav övladları – 2818 nəfər;
12Elam övladları – 1254 nəfər;
13Zattu övladları – 845 nəfər;
14Zakkay övladları – 760 nəfər;
15Binnuy övladları – 648 nəfər;
16Bevay övladları – 628 nəfər;
17Azqad övladları – 2322 nəfər;
18Adoniqam övladları – 667 nəfər;

19Biqvay övladları – 2067 nəfər;
20Adin övladları – 655 nəfər;
21Ater, yəni Xizqiya övladları – 98 nəfər;
22Xaşum övladları – 328 nəfər;
23Besay övladları – 324 nəfər;
24Xarif övladları – 112 nəfər;
25Giveon övladları – 95 nəfər;
26Bet-Lexem və Netofa sakinləri – 188 nəfər;
27Anatot sakinləri – 128 nəfər;
28Bet-Azmavet sakinləri – 42 nəfər;
29Qiryat-Yearim, Kefira və Beerot sakinləri – 743 nəfər;
30Rama və Geva sakinləri – 621 nəfər;
31Mikmas sakinləri – 122 nəfər;
32Bet-El və Ay sakinləri – 123 nəfər;
33Digər Nevo sakinləri – 52 nəfər;
34Digər Elam övladları – 1254 nəfər;
35Xarim övladları – 320 nəfər;
36Yerixo övladları – 345 nəfər;

37Lod, Xadid və Ono övladları – 721 nəfər;
38Senaa övladları – 3930 nəfər.
39Kahinlər: Yeşua nəslindən Yedaya övladları – 973 nəfər;
40İmmer övladları – 1052 nəfər;
41Paşxur övladları – 1247 nəfər;
42Xarim övladları – 1017 nəfər.
43Levililər: Hodavya nəslindən Yeşua ilə Qadmiel övladları – 74 nəfər.
44İlahiçilər: Asəf övladları – 148 nəfər.
45Məbəd qapıçıları: Şallum övladları, Ater övladları, Talmon övladları, Aqquv övladları, Xatita övladları, Şovay övladları – 138 nəfər.
46Məbəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaot övladları,
47Qeros övladları, Siya övladları, Padon övladları,
48Levana övladları, Xaqava övladları, Şalmay övladları,
49Xanan övladları, Giddel övladları, Qaxar övladları,
50Reaya övladları, Resin övladları, Neqoda övladları,
51Qazzam övladları, Uzza övladları, Paseah övladları,
52Besay övladları, Meunim övladları, Nefuşsim övladları,
53Baqbuq övladları, Xaqufa övladları, Xarxur övladları,
54Baslit övladları, Mexida övladları, Xarşa övladları,

55Barqos övladları, Sisra övladları, Tamax övladları,
56Nesiah övladları, Xatifa övladları.
57Süleymanın əyanlarının nəslindən: Sotay övladları, Soferet övladları, Perida övladları,
58Yaala övladları, Darqon övladları, Giddel övladları,
59Şefatya övladları, Xattil övladları, Pokeret-Hassevayim övladları, Amon övladları.
60Məbəd qulluqçuları ilə Süleymanın əyanlarının övladları – cəmi 392 nəfər.
61Tel-Melahdan, Tel-Xarşadan, Keruvdan, Addondan, İmmerdən qayıdan, ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut edə bilməyənlər bunlardır:
62Delaya övladları, Toviya övladları, Neqoda övladları – 642 nəfər.
63Kahinlərdən: Xovaya övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb qayınatasının adını götürən Barzillay övladları.
64Bunlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar.
65Yəhudi valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin».
667337 nəfər kölə və kənizlərdən başqa,
67bütün camaat birlikdə 42 360 nəfər idi. Onların kişi və qadınlardan ibarət 245 ilahiçisi var idi.
68Bu adamların 736 atı və 245 qatırı,
69435 dəvəsi, 6720 eşşəyi var idi.
70Nəsil başçılarının bəziləri işin görülməsi üçün könüllü ianələr verdilər. Vali xəzinəyə 1000 darik qızıl, 50 ləyən, 530 kahin cübbəsi verdi.
71Nəsil başçılarından bəziləri iş üçün xəzinəyə 20 000 darik qızıl və 2200 mina gümüş verdilər.
72Xalqın sağ qalanlarının verdikləri 20 000 darik qızıl, 2000 mina gümüş, 67 kahin cübbəsi idi.

73Kahinlərlə Levililər, qapıçılarla ilahiçilər, xalqın bəzisi, məbəd qulluqçuları və bütün İsraillilər öz şəhərlərində yerləşdilər. Yeddinci ay çatanda artıq İsraillilər öz şəhərlərində idi.