Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 3

Luka 3:19-28

Help us?
Click on verse(s) to share them!
19Amma Yəhya hökmdar Hirodu qardaşı arvadı Hirodiyanı aldığına və etdiyi hər cür pis işlərə görə məzəmmət etdikdə
20Hirod etdiyi bütün pis işlərə bunu da əlavə edərək Yəhyanı zindana saldırdı.
21Bütün xalq vəftiz olunanda İsa da vəftiz olundu. O dua edərkən göy yarıldı,
22Müqəddəs Ruh bədəncə göyərçin şəklində Onun üzərinə endi. Göydən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».
23İsa Öz xidmətinə başlayanda təxminən otuz yaşında idi. İnsanların zənnincə, O bu nəsildən idi: Yusif Oğlu Eli oğlu
24Mattat oğlu Levi oğlu Melki oğlu Yannay oğlu Yusif oğlu
25Mattitya oğlu Amos oğlu Nahum oğlu Hasli oğlu Naqqay oğlu
26Mahat oğlu Mattitya oğlu Şimi oğlu Yoseh oğlu Yoda oğlu
27Yoxanan oğlu Reşa oğlu Zerubbabil oğlu Şealtiel oğlu Neri oğlu
28Melki oğlu Addi oğlu Kosam oğlu Elmadam oğlu Er oğlu

Read Luka 3Luka 3
Compare Luka 3:19-28Luka 3:19-28