Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşaya - Yeşaya 11

Yeşaya 11:4-10

Help us?
Click on verse(s) to share them!
4Lakin o, yoxsullara haqq ilə hökm edəcək, Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq. Dünyanı ağzının dəyənəyi ilə vuracaq. Pis adamları ağzının nəfəsi ilə öldürəcək.
5O, belini salehliklə qurşayacaq, Sədaqəti kəmər kimi taxacaq.
6O gün qurdla quzu bir yerdə yaşayacaq, Bəbirlə çəpiş birgə yatacaq, Dana, gənc aslan və bəslənmiş mal-qara Yan-yana duracaq, Onları balaca uşaq gəzdirəcək.
7İnəklə ayı bir yerdə otlayacaq, Onların balaları bir yerdə yatacaq, Şir də buğa tək saman yeyəcək.
8Südəmər körpə əfi ilanın Yuvası üstündə oynayacaq, Süddən kəsilmiş uşaq Əlini gürzənin yuvasına salacaq.
9Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək, Heç bir kəs o birisini məhv etməyəcək. Çünki sular dənizi bürüdüyü kimi Dünya Rəbbin biliyi ilə dolacaq.
10O gün Yesseyin kökü xalqlara bayraq olacaq, Millətlər ona tərəf yönələcək Məskunlaşdığı yer izzətlə dolacaq.

Read Yeşaya 11Yeşaya 11
Compare Yeşaya 11:4-10Yeşaya 11:4-10