Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşaya - Yeşaya 11

Yeşaya 11:9-16

Help us?
Click on verse(s) to share them!
9Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək, Heç bir kəs o birisini məhv etməyəcək. Çünki sular dənizi bürüdüyü kimi Dünya Rəbbin biliyi ilə dolacaq.
10O gün Yesseyin kökü xalqlara bayraq olacaq, Millətlər ona tərəf yönələcək Məskunlaşdığı yer izzətlə dolacaq.
11O gün Xudavənd Aşşurdan, Misirdən, Patrosdan, Kuşdan, Elamdan, Şinardan, Xamatdan və uzaq diyarlardan Xalqının sağ qalanlarını qurtarmaq üçün İkinci dəfə əlini uzadacaq.
12Millətlər üçün bayraq qaldıracaq, Əsir düşmüş İsrail övladlarını yığacaq, Dağılmış Yəhudalıları Dünyanın dörd bucağından bir yerə gətirəcək.
13Efrayimin qısqanclığı yox olacaq, Yəhudanı sıxışdıranlar məhv olacaq. Efrayim Yəhudaya qısqanmayacaq, Yəhuda Efrayimi sıxışdırmayacaq.
14Onların ikisi qərbdə Filiştlilərin üstünə hücum edəcək, Birlikdə şərqdə yaşayanların var-dövlətini qarət edəcək, Edom və Moav torpaqlarını zəbt edəcək, Ammonlular onlara tabe olacaq.
15Rəbb Misirdəki dənizin körfəzini Büsbütün qurudacaq. Fərat çayının üzərində Əlini yellədərək səmum küləyi gətirəcək, O, çayı yeddi dərəyə böləcək, Adamlar oradan çarıqlarla keçə biləcək.
16İsrail övladları Misir torpağından çıxdığı kimi Rəbbin Aşşurda sağ qalan xalqı üçün Böyük bir çıxış yolu olacaq.

Read Yeşaya 11Yeşaya 11
Compare Yeşaya 11:9-16Yeşaya 11:9-16