Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Mark - Mark 7

Mark 7:24-35

Help us?
Click on verse(s) to share them!
24İsa oradan ayrılıb Sur bölgəsinə getdi. O bir evə girdi və istəmədi ki, harada olduğunu bilən olsun. Amma bunu gizlədə bilmədi.
25Bir qadının azyaşlı qızı natəmiz ruha tutulmuşdu. Qadın İsa haqqında xəbər tutan kimi gəlib Onun ayaqlarına düşdü.
26Bu qadın Suriya Finikiyasında doğulmuş bir Yunan idi. O, İsaya yalvardı ki, qızından cini çıxartsın.
27İsa ona dedi: «Qoy əvvəl uşaqlar doysun, çünki uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz».
28Qadınsa Ona cavab verdi: «Ya Rəbb, axı itlər də uşaqların süfrə altına tökdüyü qırıntılardan yeyir».
29İsa qadına dedi: «Get, sənin bu sözünə görə cin qızını tərk etdi».
30Qadın evinə gələndə gördü ki, qızı yatağında uzanıb və cin ondan çıxıb.
31İsa yenə Sur bölgəsindən çıxdı, Sidonu keçdi və Dekapolis bölgəsindən keçərək Qalileya gölünə çatdı.
32Bir kar və pəltək adamı İsanın yanına gətirdilər və yalvardılar ki, əlini onun üzərinə qoysun.
33İsa həmin adamı camaatdan ayırıb başqa bir yerə apardı və barmaqlarını bu adamın qulaqlarına qoydu, tüpürüb onun dilinə toxundu.
34Göyə baxdı, ah çəkərək ona dedi: «Effata!», yəni «Açıl!»
35O anda bu adamın həm qulaqları açıldı, həm də dilinin bağlılığı düşdü və o aydın danışmağa başladı.

Read Mark 7Mark 7
Compare Mark 7:24-35Mark 7:24-35