Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 1

Luka 1:49-72

Help us?
Click on verse(s) to share them!
49Çünki Qadir Olan mənim üçün böyük işlər etdi, Onun adı müqəddəsdir!
50Onun mərhəməti də nəsildən-nəslə Ondan qorxanlara göstərilər.
51O, qolu ilə qüdrətli işlər gördü, Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı.
52Hökmdarları taxtlarından endirdi, Məzlumları yüksəltdi.
53Acları nemətlərlə doydurdu, Varlıları isə əliboş yola saldı.
54Rəbb qulu İsrailin imdadına çatdı, Ata-babalarımıza vəd etdiyi kimi İbrahimə və onun nəslinə əbədilik Mərhəmət göstərməyi yada saldı».
56Məryəm Elizavetin yanında üç aya yaxın qalıb evinə qayıtdı.
57Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu.
58Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər.
59Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər.
60Körpənin anası isə dedi: «Yox, onun adı Yəhya olacaq».
61Ona dedilər: «Axı qohumların arasında belə adı olan bir kəs yoxdur».
62Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular.
63O, bir yazı lövhəciyi istəyib yazdı: «Onun adı Yəhyadır». Hamı heyrətə gəldi.
64Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı.
65Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar.
66Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: «Bu körpə böyüyüb nə olacaq?» Çünki Rəbbin əli onun üzərində idi.
67Körpənin atası Zəkəriyyə Müqəddəs Ruhla dolub belə peyğəmbərlik etdi:
68«Alqış olsun İsrailin Allahı Rəbbə! Çünki Öz xalqına nəzər salıb onları satın aldı.
69O, qulu Davudun nəslindən Bizə qüdrətli Xilaskar yetirdi.
70Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi
71Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi.
72Beləcə ata-babalarımıza mərhəmət göstərib Öz müqəddəs Əhdini xatırladı.

Read Luka 1Luka 1
Compare Luka 1:49-72Luka 1:49-72