Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 10

Luka 10:25-34

Help us?
Click on verse(s) to share them!
25Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi: «Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?»
26İsa ondan soruşdu: «Qanunda nə yazılıb? Orada nə oxuyursan?»
27Bu adam İsaya belə cavab verdi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev” və “Qonşunu özün kimi sev”».
28İsa ona dedi: «Sən düz cavab verdin, buna əməl et və yaşayacaqsan».
29Amma o özünə haqq qazandırmaq üçün İsadan soruşdu: «Bəs mənim qonşum kimdir?»
30İsa belə cavab verdi: «Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər və yarımcan halda qoyub getdilər.
31Təsadüfən o yoldan bir kahin enirdi. Bu adamı görən kimi yolun o biri tərəfi ilə keçib getdi.
32Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi.
33O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi.
34Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı göstərdi.

Read Luka 10Luka 10
Compare Luka 10:25-34Luka 10:25-34