Text copied!
Bibles in South Azerbaijani

Luka 10:25-34 in South Azerbaijani

Help us?

Luka 10:25-34 in Azərbaycan dilində Müqəddəs Kitab

25 Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi: «Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?»
26 İsa ondan soruşdu: «Qanunda nə yazılıb? Orada nə oxuyursan?»
27 Bu adam İsaya belə cavab verdi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev” və “Qonşunu özün kimi sev”».
28 İsa ona dedi: «Sən düz cavab verdin, buna əməl et və yaşayacaqsan».
29 Amma o özünə haqq qazandırmaq üçün İsadan soruşdu: «Bəs mənim qonşum kimdir?»
30 İsa belə cavab verdi: «Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər və yarımcan halda qoyub getdilər.
31 Təsadüfən o yoldan bir kahin enirdi. Bu adamı görən kimi yolun o biri tərəfi ilə keçib getdi.
32 Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi.
33 O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi.
34 Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı göstərdi.
Luka 10 in Azərbaycan dilində Müqəddəs Kitab