Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yəhya - Yəhya 11

Yəhya 11:10-22

Help us?
Click on verse(s) to share them!
10Lakin kim gecə vaxtı gəzərsə, büdrəyər, çünki daxilində nur yoxdur».
11İsa bu sözləri söylədikdən sonra onlara dedi: «Dostumuz Lazar uyuyub. Mən onu oyatmaq üçün gedirəm».
12Onda şagirdlər Ona dedilər: «Əgər uyuyubsa, sağalacaq».
13İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib.
14Onda İsa onlara açıqca dedi: «Lazar ölüb.
15Mən də sizin uğrunuzda, iman etməyiniz üçün orada olmadığıma sevinirəm. Amma gəlin onun yanına gedək».
16«Əkiz» adlanan Tomas o biri şagirdlərə dedi: «Biz də gedək ki, Onunla ölək».
17İsa gəlib Lazarın artıq dörd gündən bəri qəbirdə olduğunu bildi.
18Bet-Anya ilə Yerusəlim arasında on beş stadi məsafə var idi.
19Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi.
20Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə oturmuşdu.
21Marta İsaya dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi.
22Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək».

Read Yəhya 11Yəhya 11
Compare Yəhya 11:10-22Yəhya 11:10-22