Text copied!
Bibles in South Azerbaijani

Yəhya 11:10-22 in South Azerbaijani

Help us?

Yəhya 11:10-22 in Azərbaycan dilində Müqəddəs Kitab

10 Lakin kim gecə vaxtı gəzərsə, büdrəyər, çünki daxilində nur yoxdur».
11 İsa bu sözləri söylədikdən sonra onlara dedi: «Dostumuz Lazar uyuyub. Mən onu oyatmaq üçün gedirəm».
12 Onda şagirdlər Ona dedilər: «Əgər uyuyubsa, sağalacaq».
13 İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib.
14 Onda İsa onlara açıqca dedi: «Lazar ölüb.
15 Mən də sizin uğrunuzda, iman etməyiniz üçün orada olmadığıma sevinirəm. Amma gəlin onun yanına gedək».
16 «Əkiz» adlanan Tomas o biri şagirdlərə dedi: «Biz də gedək ki, Onunla ölək».
17 İsa gəlib Lazarın artıq dörd gündən bəri qəbirdə olduğunu bildi.
18 Bet-Anya ilə Yerusəlim arasında on beş stadi məsafə var idi.
19 Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi.
20 Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə oturmuşdu.
21 Marta İsaya dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi.
22 Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək».
Yəhya 11 in Azərbaycan dilində Müqəddəs Kitab