Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yəhya - Yəhya 1

Yəhya 1:7-17

Help us?
Click on verse(s) to share them!
7O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin.
8O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi.
9Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı.
10O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı.
11Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi.
12Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi.
13Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.
14Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük.
15Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur».
16Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq.
17Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi.

Read Yəhya 1Yəhya 1
Compare Yəhya 1:7-17Yəhya 1:7-17