Text copied!
Bibles in South Azerbaijani

Yəhya 1:7-17 in South Azerbaijani

Help us?

Yəhya 1:7-17 in Azərbaycan dilində Müqəddəs Kitab

7 O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin.
8 O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi.
9 Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı.
10 O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı.
11 Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi.
12 Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi.
13 Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.
14 Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük.
15 Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur».
16 Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq.
17 Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi.
Yəhya 1 in Azərbaycan dilində Müqəddəs Kitab