Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Huşə

Huşə 6

Help us?
Click on verse(s) to share them!
1«Gəlin Rəbbə qayıdaq. O bizi parçaladı, O da bizə şəfa verəcək. O bizi yaraladı, O da yaramızı sarıyacaq.
2İki gün sonra bizi dirildəcək, Üçüncü gün ayağa qaldıracaq, Onun hüzurunda yaşayacağıq.
3Gəlin Rəbbi tanıyaq, tanımağa səy edək. O hökmən dan yeri kimi doğacaq, Yağış kimi, Torpağı sulayan yaz yağışı kimi Yanımıza gələcək».
4Allah deyir: «Ey Efrayim, sənə nə edim? Ey Yəhuda, bəs sənə nə edim? Çünki məhəbbətiniz səhər dumanı, Erkən uçub gedən şeh kimidir.
5Buna görə də sizi peyğəmbərlər vasitəsilə parçaladım, Ağzımdan çıxan sözlərlə öldürdüm. Sizin üzərinizdə hökmüm Şimşək kimi parıldayır.
6Çünki Mən qurban deyil, Məhəbbət istəyirəm. Yandırma qurbanlarından çox Allahı tanımağınızı istəyirəm.
7Ancaq onlar Adəm kimi əhdi pozdu, Orada Mənə xəyanət etdi.
8Gilead şər adamların şəhəridir, Qan izləri ilə doludur.
9Quldur dəstələri necə insan üçün pusquya yatırsa, Kahin dəstələri də Şekemə gedən yolda adam öldürür, Bəli, xəbislik edir.
10İsrail nəslində qorxunc bir şey gördüm, Efrayim fahişəliyə batmış, İsrail murdarlanmışdır.
11Ey Yəhuda, sənin üçün də Bir biçin günü təyin edildi. Mən xalqımı sürgündən qaytaranda,