Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Huşə

Huşə 12

Help us?
Click on verse(s) to share them!
1Efrayim yellə bəslənir, Bütün gün şərq küləyinin dalınca düşür. Yalanı, qoluzorluluğu artırır. Aşşurla saziş bağlayır, Misirə zeytun yağı göndərir.
2Yəhuda ilə Rəbbin davası var, Yaqubu getdiyi yola görə cəzalandıracaq, Əməllərinə görə əvəz verəcək.
3O hələ ana bətnində ikən Qardaşının topuğundan tutdu, Böyüklük çağında Allahla güləşdi.
4Mələklə güləşib ona üstün gəldi, Ağlayaraq Ondan xeyirxahlıq istədi. Allah onu Bet-Eldə tapdı.
5Ordular Allahı Rəbb Bizimlə orada danışdı. Onun adı «Rəbb»dir.
6Buna görə də sən Allahına üz tut, Məhəbbətə, ədalətə bağlan, Daim Allahına ümid bağla.
7Efrayim tacirdir, Əlindəki aldadıcı tərəzi ilə Aldatmağı sevir.
8Efrayim deyir: «Doğrudan da, mən varlandım, Özüm üçün sərvət topladım. Çoxlu şeylər qazansam da, Məndə günah sayılacaq bir təqsir tapılmayacaq».
9«Ancaq səni Misir torpağından çıxaran Allahın Rəbb Mənəm. Bayram günlərində olduğu kimi Səni yenə öz çadırlarında məskunlaşdıracağam.
10Mən peyğəmbərlərlə danışdım, Çoxlu görüntü göndərdim, Peyğəmbərlərin dilindən məsəllər söylədim».
11Gilead xalqı pis xalqdır, Doğrudan da, yaramazdır. Qilqalda buğaları qurban kəsirlər. Onların qurbangahları Şumlanmış tarladakı daş qalaqları kimidir.
12Yaqub Aram torpağına qaçdı, İsrail arvad üçün qul oldu, Arvada görə qoyun otardı.
13Rəbb İsraili bir peyğəmbər vasitəsilə Misirdən çıxartdı, Bir peyğəmbər vasitəsilə qorudu.
14Efrayim Allahı bərk qəzəbləndirdi, Tökdüyü qanı öz başına gətirəcək, Xudavənd onun rüsvayçılığını özünə qaytaracaq.