Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Hakimlər - Hakimlər 6

Hakimlər 6:36-40

Help us?
Click on verse(s) to share them!
36Gideon Allaha dedi: «Söz verdiyin kimi İsraili mənim əlimlə qurtaracaqsansa,
37qoy mən xırmanın üstünə qoyundan qırxılan yun qoyum. Əgər şeh yalnız yunu isladarsa, torpaq isə quru qalarsa, onda biləcəyəm ki, Sən dediyin kimi İsraili mənim əlimlə qurtaracaqsan».
38Belə də oldu. Gideon ertəsi gün tezdən qalxıb yunu sıxdı. Yundan bir kasa dolu su çıxartdı.
39Sonra Gideon Allaha dedi: «Qoy mənə qarşı qəzəbin alovlanmasın, yenə bir ricam var. Bu yunla bir də bu işi sınamaq istəyirəm. İndi də qoy yalnız bu yun quru qalsın və bütün yer şehlə islanmış olsun».
40Allah o gecə belə də etdi. Bütün torpaq şehə büründü, qırxılmış yun isə quru qaldı.

Read Hakimlər 6Hakimlər 6
Compare Hakimlər 6:36-40Hakimlər 6:36-40