Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar - Saylar 21

Saylar 21:24-35

Help us?
Click on verse(s) to share them!
24İsrail övladları onu qılıncdan keçirdilər, Arnondan Yabboqa və Ammonluların sərhədinə qədər uzanan torpaqlarını aldılar. Çünki Ammon sərhədinin möhkəm istehkamı var.
25İsrail övladları bu şəhərlərin hamısını ələ keçirdilər. Xeşbon və ətrafındakı qəsəbələr daxil olmaqla Emorluların bütün şəhərlərinə yerləşdilər.
26Çünki Xeşbon Emorluların padşahı Sixonun şəhəri idi. Sixon Moavın əvvəlki padşahı ilə döyüşmüş və Arnona qədər uzanan bütün torpaqlarını ələ keçirmişdi.
27Bunun üçün şairlər belə deyirlər: «Xeşbona gəlin; Qoy yenidən qurulsun, Sixonun şəhəri bərpa edilsin.
28Çünki Xeşbondan atəş, Sixonun şəhərindən alov çıxdı; Moavın Ar şəhərini, Arnonun təpələrinin başçılarını Yandırıb məhv etdi.
29Vay halına, ey Moav! Ey Kemoşun xalqı, yox oldun! Kemoş övladları Emorluların padşahı Sixonun qarşısından qaçdı, Qızları əsir aparıldı.
30Lakin biz onları məğlub etdik, Xeşbondan Divona qədər məhv oldular, Medvaya uzanan Nofahadək Hər tərəfi viran etdik».
31İsraillilər Emorluların torpağında məskunlaşdı.
32Musa Yazeri nəzərdən keçirmək üçün adamlar göndərdi. İsrail övladları ətraf qəsəbələri ələ keçirərək orada yaşayan Emorluları qovdular.
33Sonra istiqaməti dəyişib Başana yollandılar. Başan padşahı Oq bütün ordusu ilə birlikdə Edreidə onlarla döyüşə çıxdı.
34Rəbb Musaya dedi: «Ondan qorxma, çünki Mən onu, bütün xalqını və torpağını sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başına gətir».
35İsraillilər onu, övladlarını və bütün xalqını bir nəfər qalmayana qədər qırdılar və torpağını ələ keçirdilər.

Read Saylar 21Saylar 21
Compare Saylar 21:24-35Saylar 21:24-35