Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Mark - Mark 6

Mark 6:30-52

Help us?
Click on verse(s) to share them!
30Həvarilər İsanın yanına yığıldı və gördükləri işlər, öyrətdikləri təlim haqqında Ona nəql etdilər.
31İsa onlara dedi: «Gəlin kimsəsiz yerdə bir az dincəlin». Çünki gəlib-gedən çox olduğundan yemək yeməyə belə, vaxt tapmırdılar.
32Onlar da ayrılıb qayığa minərək hər biri təkbaşına kimsəsiz bir yerə getdilər.
33Gedərkən camaat onları gördü və çoxu tanıdı; bütün şəhərlərdən axışıb piyada getdilər, onlardan qabaq oraya çatdılar.
34İsa sahilə düşəndə böyük bir izdiham gördü və onlara rəhmi gəldi. Çünki onlar çobansız qoyunlara bənzəyirdi. İsa onlara çox şeylər haqqında təlim öyrətməyə başladı.
35Vaxt keçirdi. Şagirdləri gəlib İsaya dedilər: «Bura çöllükdür, artıq gecdir.
36Camaatı burax, qoy gedib ətrafdakı kənd və obalardan özlərinə bir şey alıb yesinlər».
37Amma İsa onlara cavab verdi: «Onlara yeməyi siz verin». Şagirdlər İsaya dedilər: «Bəlkə gedib iki yüz dinarlıq çörək alaq və onlara verək ki, yesinlər?»
38Amma İsa onlara dedi: «Gedin baxın, neçə çörəyiniz var?» Onlar da baxıb dedilər: «Beş çörəyimiz və iki balığımız var».
39İsa onlara əmr etdi ki, camaatı dəstə-dəstə göy otların üstündə oturtsunlar.
40Camaat yüz-yüz, əlli-əlli dəstə şəklində oturdu.
41İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərinə verdi ki, camaata paylasınlar. İki balığı da hamıya bölüşdürdü.
42Hamı yeyib-doydu.
43Artıq qalan çörək və balıq hissələrini yığdılar, on iki zənbil doldu.
44Çörəkləri yeyən kişilərin sayı beş min nəfər idi.
45Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə – Bet-Saydaya keçsinlər.
46İsa camaatı yola salandan sonra dua etmək üçün dağa çıxdı.
47Axşam olanda qayıq gölün ortasında idi. Amma İsa quruda tək dayanmışdı.
48O gördü ki, şagirdləri güclə avar çəkir, çünki külək onlara qarşı əsirdi. Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi və onları keçmək istədi.
49Şagirdlərsə İsanın gölün üstü ilə yeridiyini görəndə Onu bir kabus bilib qışqırdılar.
50Çünki hamı Onu görüb lərzəyə düşmüşdü. Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!»
51Qayığa minib onlara qoşuldu. Külək də sakitləşdi. Hamı tamamilə mat qaldı.
52Çünki inadkar ürəkli olduqlarına görə çörəklə bağlı işi hələ də başa düşməmişdilər.

Read Mark 6Mark 6
Compare Mark 6:30-52Mark 6:30-52