Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 22

Luka 22:12-31

Help us?
Click on verse(s) to share them!
12Ev sahibi sizə yuxarı mərtəbədə hər şeyi hazırlanmış böyük bir otaq göstərəcək. Orada hazırlıq işləri görün».
13Onlar gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər.
14Yemək vaxtı çatanda İsa həvarilərlə süfrəyə oturdu.
15İsa onlara dedi: «Mən əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım.
16Sizə bunu deyirəm: Pasxa Allahın Padşahlığında yerinə yetənədək Mən bir daha onu yeməyəcəyəm».
17Sonra İsa bir kasa götürüb şükür etdi və dedi: «Bunu götürün və aranızda bölüşdürün.
18Mən sizə deyirəm: Allahın Padşahlığı gələnədək üzüm ağacının məhsulundan əsla içməyəcəyəm».
19Sonra İsa çörək götürdü, şükür edib onu böldü və şagirdlərə verərək dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin».
20Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Sizin üçün axıdılan bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir.
21Amma budur, Mənə xəyanət edən Mənimlə birlikdə əlini bu süfrəyə uzadır.
22Bəşər Oğlu təyin edilmiş yolla gedir. Amma vay o adamın halına ki, Ona xəyanət edir!»
23Şagirdlər öz aralarında bunu kimin edəcəyini araşdırmağa başladılar.
24Aralarında onlardan kimin ən böyük sayılacağı barəsində bir mübahisə də oldu.
25Amma İsa onlara dedi: «Millətlərin padşahları onların üzərində hökm edir və bu hakimiyyətdə olanlar himayədar adlanır.
26Amma siz belə olmayın. Aranızda ən böyük olan ən kiçik kimi olsun və rəhbərlik edən xidmətçi kimi olsun.
27Axı kim daha böyükdür, süfrədə oturan, yoxsa xidmət edən? Süfrədə oturan deyilmi? Mənsə sizin aranızda xidmətçi kimiyəm.
28Keçirdiyim sınaqlarda Mənimlə qalanlar sizsiniz.
29Atam Mənə bir padşahlıq tapşırdığı kimi Mən də sizə bir padşahlıq tapşırıram;
30belə ki Mənim Padşahlığımda süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız.
31Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə icazə istədi.

Read Luka 22Luka 22
Compare Luka 22:12-31Luka 22:12-31