Text copied!
Bibles in South Azerbaijani

Luka 22:12-31 in South Azerbaijani

Help us?

Luka 22:12-31 in Azərbaycan dilində Müqəddəs Kitab

12 Ev sahibi sizə yuxarı mərtəbədə hər şeyi hazırlanmış böyük bir otaq göstərəcək. Orada hazırlıq işləri görün».
13 Onlar gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər.
14 Yemək vaxtı çatanda İsa həvarilərlə süfrəyə oturdu.
15 İsa onlara dedi: «Mən əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım.
16 Sizə bunu deyirəm: Pasxa Allahın Padşahlığında yerinə yetənədək Mən bir daha onu yeməyəcəyəm».
17 Sonra İsa bir kasa götürüb şükür etdi və dedi: «Bunu götürün və aranızda bölüşdürün.
18 Mən sizə deyirəm: Allahın Padşahlığı gələnədək üzüm ağacının məhsulundan əsla içməyəcəyəm».
19 Sonra İsa çörək götürdü, şükür edib onu böldü və şagirdlərə verərək dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin».
20 Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Sizin üçün axıdılan bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir.
21 Amma budur, Mənə xəyanət edən Mənimlə birlikdə əlini bu süfrəyə uzadır.
22 Bəşər Oğlu təyin edilmiş yolla gedir. Amma vay o adamın halına ki, Ona xəyanət edir!»
23 Şagirdlər öz aralarında bunu kimin edəcəyini araşdırmağa başladılar.
24 Aralarında onlardan kimin ən böyük sayılacağı barəsində bir mübahisə də oldu.
25 Amma İsa onlara dedi: «Millətlərin padşahları onların üzərində hökm edir və bu hakimiyyətdə olanlar himayədar adlanır.
26 Amma siz belə olmayın. Aranızda ən böyük olan ən kiçik kimi olsun və rəhbərlik edən xidmətçi kimi olsun.
27 Axı kim daha böyükdür, süfrədə oturan, yoxsa xidmət edən? Süfrədə oturan deyilmi? Mənsə sizin aranızda xidmətçi kimiyəm.
28 Keçirdiyim sınaqlarda Mənimlə qalanlar sizsiniz.
29 Atam Mənə bir padşahlıq tapşırdığı kimi Mən də sizə bir padşahlıq tapşırıram;
30 belə ki Mənim Padşahlığımda süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız.
31 Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə icazə istədi.
Luka 22 in Azərbaycan dilində Müqəddəs Kitab