Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşua - Yeşua 19

Yeşua 19:6-22

Help us?
Click on verse(s) to share them!
6Bet-Levaot, Şaruxen, yəni kəndləri ilə birlikdə on üç şəhər;
7Ayin, Rimmon, Eter, Aşan, yəni kəndləri ilə birlikdə dörd şəhər;
8Baalat-Beerə, yəni cənubda Ramaya qədər bu şəhərlərin ətrafındakı bütün kəndlər onların irs olan torpağı idi. Bunlar nəsillərinə görə Şimeon övladları qəbiləsinin irs olan torpaqlarıdır.
9Şimeon övladlarının irs olan torpağı Yəhuda övladlarının payından oldu, çünki Yəhuda övladlarının payı onlar üçün çox idi. Buna görə də Şimeon övladları onların torpaqları arasında irs torpaqlarını aldılar.
10Üçüncü püşk nəsillərinə görə Zevulun övladlarına düşdü. Onların irs olan torpağının sərhədi Saridə qədərdir.
11Sonra sərhədi Maralaya qədər – qərbə doğru yüksəlib Dabbeşetdən keçərək Yoqneam qarşısında olan vadiyə çatırdı.
12Sariddən şərqə – gün doğana tərəf Kislot-Tavor sərhədinə dönüb Davrata qalxaraq Yafiaya yüksəlirdi.
13Oradan şərqə doğru Qat-Xeferə, Et-Qasinə keçirdi və Neaya dönən Rimmona qalxırdı.
14Şimala tərəf sərhəd Xannatona dönüb sonu İftah-El dərəsində idi.
15Qattat, Nahalal, Şimron, İdala, Bet-Lexem, yəni kəndləri ilə birlikdə on iki şəhər idi.
16Nəsillərinə görə Zevulun övladlarının irsi olan torpaq kəndləri ilə birlikdə bu şəhərlər idi.
17Dördüncü püşk nəsillərinə görə İssakara – İssakar övladlarına düşdü.
18Onların torpağı İzreel, Kesulot, Şunem,
19Xafarayim, Şion, Anaxarat,
20Rabbit, Qişyon, Eves,
21Remet, En-Qannim, En-Xadda, Bet-Passes idi.
22Sərhəd Tavora, Şaxsivmaya, Bet-Şemeşə çatırdı. Sərhədlərinin sonu İordan çayında idi. Bunlar kəndləri ilə birlikdə on altı şəhər idi.

Read Yeşua 19Yeşua 19
Compare Yeşua 19:6-22Yeşua 19:6-22