Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yəhya - Yəhya 11

Yəhya 11:12-36

Help us?
Click on verse(s) to share them!
12Onda şagirdlər Ona dedilər: «Əgər uyuyubsa, sağalacaq».
13İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib.
14Onda İsa onlara açıqca dedi: «Lazar ölüb.
15Mən də sizin uğrunuzda, iman etməyiniz üçün orada olmadığıma sevinirəm. Amma gəlin onun yanına gedək».
16«Əkiz» adlanan Tomas o biri şagirdlərə dedi: «Biz də gedək ki, Onunla ölək».
17İsa gəlib Lazarın artıq dörd gündən bəri qəbirdə olduğunu bildi.
18Bet-Anya ilə Yerusəlim arasında on beş stadi məsafə var idi.
19Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi.
20Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə oturmuşdu.
21Marta İsaya dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi.
22Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək».
23İsa ona «qardaşın diriləcək» dedi.
24Marta Ona dedi: «Bilirəm ki, dirilmə zamanı, son gündə o da diriləcək».
25İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar,
26yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?»
27Marta Ona cavab verdi: «Bəli, ya Rəbb, inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən».
28Marta bunu söylədikdən sonra gedib bacısı Məryəmi gizlicə çağırdı və dedi: «Müəllim buradadır, səni çağırır».
29Məryəm bunu eşidən kimi tez qalxıb İsanın yanına getdi.
30İsa hələ kəndə girməyib Martanın Onu qarşıladığı yerdə qalmışdı.
31Məryəmlə birgə evdə olan və ona təsəlli verən Yəhudilər qadının tez qalxıb bayıra çıxdığını görəndə elə bildilər ki, ağlamaq üçün qəbirin yanına gedir. Buna görə də onun ardınca getdilər.
32Məryəm İsanın olduğu yerə gəlib Onu gördü və ayaqlarına düşüb dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi».
33İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü.
34İsa onlardan «Mərhumu haraya qoymusunuz?» deyə soruşdu. Ona «Ağa, gəl bax» dedilər.
35İsa ağladı.
36Onda Yəhudilər «Bax onu necə də sevirmiş!» söylədilər.

Read Yəhya 11Yəhya 11
Compare Yəhya 11:12-36Yəhya 11:12-36