Text copied!
Bibles in South Azerbaijani

Yəhya 11:12-36 in South Azerbaijani

Help us?

Yəhya 11:12-36 in Azərbaycan dilində Müqəddəs Kitab

12 Onda şagirdlər Ona dedilər: «Əgər uyuyubsa, sağalacaq».
13 İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib.
14 Onda İsa onlara açıqca dedi: «Lazar ölüb.
15 Mən də sizin uğrunuzda, iman etməyiniz üçün orada olmadığıma sevinirəm. Amma gəlin onun yanına gedək».
16 «Əkiz» adlanan Tomas o biri şagirdlərə dedi: «Biz də gedək ki, Onunla ölək».
17 İsa gəlib Lazarın artıq dörd gündən bəri qəbirdə olduğunu bildi.
18 Bet-Anya ilə Yerusəlim arasında on beş stadi məsafə var idi.
19 Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi.
20 Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə oturmuşdu.
21 Marta İsaya dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi.
22 Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək».
23 İsa ona «qardaşın diriləcək» dedi.
24 Marta Ona dedi: «Bilirəm ki, dirilmə zamanı, son gündə o da diriləcək».
25 İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar,
26 yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?»
27 Marta Ona cavab verdi: «Bəli, ya Rəbb, inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən».
28 Marta bunu söylədikdən sonra gedib bacısı Məryəmi gizlicə çağırdı və dedi: «Müəllim buradadır, səni çağırır».
29 Məryəm bunu eşidən kimi tez qalxıb İsanın yanına getdi.
30 İsa hələ kəndə girməyib Martanın Onu qarşıladığı yerdə qalmışdı.
31 Məryəmlə birgə evdə olan və ona təsəlli verən Yəhudilər qadının tez qalxıb bayıra çıxdığını görəndə elə bildilər ki, ağlamaq üçün qəbirin yanına gedir. Buna görə də onun ardınca getdilər.
32 Məryəm İsanın olduğu yerə gəlib Onu gördü və ayaqlarına düşüb dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi».
33 İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü.
34 İsa onlardan «Mərhumu haraya qoymusunuz?» deyə soruşdu. Ona «Ağa, gəl bax» dedilər.
35 İsa ağladı.
36 Onda Yəhudilər «Bax onu necə də sevirmiş!» söylədilər.
Yəhya 11 in Azərbaycan dilində Müqəddəs Kitab