Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşua - Yeşua 11

Yeşua 11:3-16

Help us?
Click on verse(s) to share them!
3şərqdə və qərbdə yaşayan Kənanlılara və Emorlulara, Xetlilərə, Perizlilərə, dağlıqda yaşayan Yevuslulara, Xermon dağının aşağısındakı Mispa diyarında yaşayan Xivlilərə xəbər göndərdi.
4Bunlar özləri ilə birgə bütün orduları dəniz sahilindəki qum kimi böyük xalq olaraq çoxlu at və döyüş arabaları ilə gəldilər.
5Bütün bu padşahlar birləşdilər və İsraillilərlə vuruşmaq üçün gəlib Merom suları yanında birgə ordugah qurdular.
6Rəbb Yeşuaya dedi: «Onlardan qorxma, çünki sabah bu vaxt hamısını İsraillilərin qarşısında öldürüb təslim edəcəyəm, onların atlarının ayaq vətərini kəsəcəksən, döyüş arabalarına od vurub yandıracaqsan».
7Yeşua və onunla birgə bütün döyüşçülər Merom suları yanında qəflətən düşmənlərin üstünə çıxdılar və onlara hücum etdilər.
8Rəbb onları İsraillilərə təslim edib qırdırdı. İsraillilər böyük Sidona və Misrefot-Mayimə qədər, şərq tərəfdəki Mispa vadisinə qədər düşmənləri qovub heç kim sağ qalmayana qədər hamısını qırdılar.
9Yeşua Rəbbin ona dediyi kimi onlarla rəftar etdi; atlarının ayaq vətərini kəsdi və döyüş arabalarına od vurub yandırdı.
10O vaxt Yeşua geri qayıdıb Xasoru aldı və onun padşahını qılıncla öldürdü. Xasor əvvəlcə bütün bu ölkələrin başı idi.
11Orada olan bütün adamları qılıncdan keçirib tamamilə məhv etdilər, nəfəs çəkən bir nəfər də qalmadı. Sonra Xasora od vurdu.
12Rəbbin qulu Musanın əmr etdiyi kimi Yeşua bu padşahların bütün şəhərlərini və bütün padşahları tutub hamısını qılıncdan keçirərək tamamilə məhv etdi.
13Ancaq Yeşuanın yandırdığı Xasordan başqa təpəciklər üstündə olan şəhərlərdən heç birini İsraillilər yandırmadılar.
14İsrail övladları bu şəhərlərin bütün əmlakını və heyvanlarını qarət etdilər. Hamısını həlak edənədək qılıncdan keçirib məhv etdilər, nəfəsi çəkən bir adam belə, qalmadı.
15Rəbbin qulu Musaya əmr etdiyini Musa da Yeşuaya əmr etdi və Yeşua da belə etdi. Rəbb Musaya nə əmr etmişdisə, hamısını yerinə yetirdi.
16Yeşua Seirə çıxan Xalaq dağından, Xermon dağı altında, Livan vadisindəki Baal-Qada qədər bütün bu diyarı – dağları,

Read Yeşua 11Yeşua 11
Compare Yeşua 11:3-16Yeşua 11:3-16