Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 9

Süleymanin Məsəlləri 9:4-16

Help us?
Click on verse(s) to share them!
4«Gəlin bura, ey cahillər!» Qanmazlara belə deyərlər:
5«Gəlin, çörəyimdən yeyin, Hazırladığım şərabdan için.
6Cəhaləti atın, ömür sürün, İdrak yolu ilə düz gedin».
7Rişxəndçini tənqid edən özünü rüsvayçılığa salar, Şər adamı danlayan axırda ləkələnər.
8Rişxəndçini danlama, yoxsa sənə nifrət edər, Müdrik insanı danlasan, səni sevər.
9Hikmətliyə öyüd versən, hikmətini artıracaq, Salehə bilik öyrətsən, müdrikliyini çoxaldacaq.
10Rəbb qorxusu hikmətin başlanğıcıdır, Müqəddəsi tanımaq idraklı olmaqdır.
11Hikmətin vasitəsilə ömrün-günün çoxalar, Həyatına illər əlavə olar.
12Əgər hikmət qazansan, özünə xeyir verərsən, Əgər rişxənd etsən, zərərini özün çəkərsən.
13Axmaq qadın hay-küy salır, Cahildir, heç nə qanmır.
14O, evinin qapısı önündə oturub, Şəhərin uca yerlərində kətil üstə əyləşib,
15Yoldan ötənləri, Düz yolda olanları çağırır:
16«Bura gəlin, ey cahillər!» Qanmazlara belə deyir:

Read Süleymanin Məsəlləri 9Süleymanin Məsəlləri 9
Compare Süleymanin Məsəlləri 9:4-16Süleymanin Məsəlləri 9:4-16