Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 16

Süleymanin Məsəlləri 16:1-9

Help us?
Click on verse(s) to share them!
1Ürəyin fikirləri insandan, Dilin cavabı isə Rəbdəndir.
2İnsanın bütün yolları öz gözündə təmiz sayılar, Lakin Rəbb ürəkləri yoxlar.
3Görəcəyin işləri Rəbbə ver, Onda niyyətlərin yerinə yetər.
4Rəbb hər şeyi məqsədinə müvafiq yaradıb, O, pis insanı bəla günü üçün yaradıb.
5Rəbb qəlbi təkəbbürlülərdən ikrah edər, Doğrudan da, onlar cəzasız qalmaz.
6Xeyirxahlıq və sədaqət hər təqsiri kəffarə edər, İnsan Rəbb qorxusuna görə pislikdən dönər.
7Rəbb insanın həyatından razı qaldısa, Düşmənlərini belə, onunla barışdırar.
8Salehliklə qazanılan az şey Haqsız yolla olan bol gəlirdən yaxşıdır.
9İnsan ürəyində özü üçün yol qurar, Amma Rəbbin verdiyi istiqamətlə addımlar.

Read Süleymanin Məsəlləri 16Süleymanin Məsəlləri 16
Compare Süleymanin Məsəlləri 16:1-9Süleymanin Məsəlləri 16:1-9