Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 16:1-9 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 16:1-9 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Ürəyin fikirləri insandan, Dilin cavabı isə Rəbdəndir.
2 İnsanın bütün yolları öz gözündə təmiz sayılar, Lakin Rəbb ürəkləri yoxlar.
3 Görəcəyin işləri Rəbbə ver, Onda niyyətlərin yerinə yetər.
4 Rəbb hər şeyi məqsədinə müvafiq yaradıb, O, pis insanı bəla günü üçün yaradıb.
5 Rəbb qəlbi təkəbbürlülərdən ikrah edər, Doğrudan da, onlar cəzasız qalmaz.
6 Xeyirxahlıq və sədaqət hər təqsiri kəffarə edər, İnsan Rəbb qorxusuna görə pislikdən dönər.
7 Rəbb insanın həyatından razı qaldısa, Düşmənlərini belə, onunla barışdırar.
8 Salehliklə qazanılan az şey Haqsız yolla olan bol gəlirdən yaxşıdır.
9 İnsan ürəyində özü üçün yol qurar, Amma Rəbbin verdiyi istiqamətlə addımlar.
Süleymanin Məsəlləri 16 in Azərbaycan dilində Müqəddəs Kitab