1Ürəyin fikirləri insandan, Dilin cavabı isə Rəbdəndir.
2İnsanın bütün yolları öz gözündə təmiz sayılar, Lakin Rəbb ürəkləri yoxlar.
3Görəcəyin işləri Rəbbə ver, Onda niyyətlərin yerinə yetər.
4Rəbb hər şeyi məqsədinə müvafiq yaradıb, O, pis insanı bəla günü üçün yaradıb.
5Rəbb qəlbi təkəbbürlülərdən ikrah edər, Doğrudan da, onlar cəzasız qalmaz.