21Saleh öz dili ilə çox adamı doydurar, Səfeh qanmazlığı üzündən həlak olar.
22Rəbbin xeyir-duası insana sərvət gətirər, Daha ona qüssə verməz.
23Axmaq üçün şər iş görmək bir əyləncədir, Dərrakəlininsə hikməti var.
24Şər adam nədən qorxursa, başına gələr, Saleh isə muradına çatar.
25Qopan tufan şəri süpürüb aparar, Salehin təməli əbədi qalar.
26Dişlərə sirkə, gözlərə tüstü necə təsir edirsə, Tənbələ iş buyuran bunu elə hiss edər.
27Rəbb qorxusu ömür uzadar, Şər insanların ömründən illər azalar.
28Salehləri sevinc gözlər, Şər insanların ümidi boşa çıxar.
29Kamilin pənahı Rəbbin yoludur. Şər iş görənin başı bəla ilə doludur.
30Saleh heç vaxt sarsılmaz, Şər insanlar yer üzündə qalmaz.
31Salehin ağzı hikmətlə çiçəklənər, Hiyləli dillər kəsilər.
32Saleh insanın dili razı salmağı bacarar, Şər insanın ağzından hiyləli sözlər çıxar.