Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Padşahlar - Birinci Padşahlar 17

Birinci Padşahlar 17:3-11

Help us?
Click on verse(s) to share them!
3«Buradan get və şərqə tərəf yollan, İordan çayının şərqində olan Kerit vadisində gizlən.
4Orada vadidən su içəcəksən, səni yedirməyi də qarğalara əmr etdim».
5O, Rəbbin sözünə əməl etdi və İordan çayının şərqində olan Kerit vadisinə gedib orada qaldı.
6Qarğalar ona hər səhər-axşam çörək və ət gətirərdilər, vadidən də su içərdi.
7Bir müddət sonra vadi qurudu, çünki ölkədə yağış yağmırdı.
8İlyasa Rəbbin bu sözü nazil oldu:
9«Qalx Sidonun Sarfat şəhərinə get və orada qal. Orada bir dul qadına sənə yemək verməyi əmr etdim».
10O qalxıb Sarfata getdi. Şəhərin darvazasına çatanda bir dul qadının odun yığdığını gördü və onu çağırıb dedi: «Mənə bir qabda azca su gətir, içim».
11Qadın gətirməyə gedəndə onu çağırıb dedi: «Mənim üçün əlinə bir tikə çörək də al».

Read Birinci Padşahlar 17Birinci Padşahlar 17
Compare Birinci Padşahlar 17:3-11Birinci Padşahlar 17:3-11