Text copied!
Bibles in South Azerbaijani

Birinci Padşahlar 17:3-11 in South Azerbaijani

Help us?

Birinci Padşahlar 17:3-11 in Azərbaycan dilində Müqəddəs Kitab

3 «Buradan get və şərqə tərəf yollan, İordan çayının şərqində olan Kerit vadisində gizlən.
4 Orada vadidən su içəcəksən, səni yedirməyi də qarğalara əmr etdim».
5 O, Rəbbin sözünə əməl etdi və İordan çayının şərqində olan Kerit vadisinə gedib orada qaldı.
6 Qarğalar ona hər səhər-axşam çörək və ət gətirərdilər, vadidən də su içərdi.
7 Bir müddət sonra vadi qurudu, çünki ölkədə yağış yağmırdı.
8 İlyasa Rəbbin bu sözü nazil oldu:
9 «Qalx Sidonun Sarfat şəhərinə get və orada qal. Orada bir dul qadına sənə yemək verməyi əmr etdim».
10 O qalxıb Sarfata getdi. Şəhərin darvazasına çatanda bir dul qadının odun yığdığını gördü və onu çağırıb dedi: «Mənə bir qabda azca su gətir, içim».
11 Qadın gətirməyə gedəndə onu çağırıb dedi: «Mənim üçün əlinə bir tikə çörək də al».
Birinci Padşahlar 17 in Azərbaycan dilində Müqəddəs Kitab