10Musa və Harun fironun yanına gəlib Rəbb necə əmr etmişdisə, elə də etdilər. Harun öz əsasını fironun və onun əyanlarının qarşısında yerə atdı və əsa ilana döndü.
11Firon isə müdrik adamları və cadugərləri çağırdı. Misir sehrbazları da öz sehrləri ilə belə etdilər.
12Hər biri öz əsasını yerə atıb ilana döndərdi, ancaq Harunun əsası onların əsalarını uddu.