Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəkəriyyə

Zəkəriyyə 5

Help us?
Click on verse(s) to share them!
1Mən yenə başımı qaldırıb baxanda uçan bir tumar gördüm.
2Mələk «Nə görürsən?» deyib məndən soruşdu. Mən dedim: «Uçan bir tumar görürəm: onun uzunluğu iyirmi qulac, eni on qulacdır».
3O dedi: «Bu bütün yer üzünə yağacaq lənətdir. Tumarın bir üzünə yazılanlara görə oğurluq edən hər kəs kəsilib-atılacaq, o biri üzünə yazılanlara görə isə yalandan and içənlər kəsilib-atılacaq.
4Lənət yağdıracağam» bəyan edir Ordular Rəbbi, «Oğrunun evinə və Mənim adımla Yalandan and içən adamın evinə lənət girəcək, O evin içində qalacaq, Taxtaları və daşları ilə birlikdə onu yıxıb məhv edəcək».
5Sonra mənimlə danışan mələk yaxınlaşıb dedi: «Başını qaldırıb ortaya çıxan bu şeyin nə olduğunu gör».
6Mən «Bu nədir?» deyə soruşdum. O cavab verdi: «Bu ortaya çıxan şey bir ölçü qabıdır». Sonra əlavə etdi: «Bu bütün ölkə xalqının təqsiridir».
7Qabın qurğuşun qapağı qaldırıldı. Qabın içində bir qadın oturmuşdu.
8Mələk «bu qadın pislikdir» dedi və qadını ölçü qabının içinə atıb üstünə qurğuşun qapağı basdı.
9Mən başımı qaldırıb baxanda gördüm ki, iki qadın çıxdı, onların qanadlarında külək var idi. Onların da leylək qanadlarına bənzər qanadları var idi. Onlar qabı yerlə göy arasına qaldırdı.
10Mənimlə danışan mələkdən soruşdum: «Qabı hara aparırlar?»
11O mənə dedi: «Şinar ölkəsində ona bir ev tikmək üçün oraya aparırlar. Ev hazır olanda qab oraya – öz yerinə qoyulacaq».