11Qorahın nəsli isə ölmədi.
12Nəsillərinə görə Şimeonlular bunlardır: Nemuel soyundan Nemuel nəsli; Yamin soyundan Yamin nəsli; Yakin soyundan Yakin nəsli;
13Zerah soyundan Zerah nəsli; Şaul soyundan Şaul nəsli;
14Şimeon nəsilləri bunlardır, sayları 22 200 nəfərdir.
15Nəsillərinə görə Qadlılar bunlardır: Sefon soyundan Sefon nəsli; Haqqi soyundan Haqqi nəsli; Şuni soyundan Şuni nəsli;
16Ozni soyundan Ozni nəsli; Eri soyundan Eri nəsli:
17Arod soyundan Arod nəsli; Areli soyundan Areli nəsli.
18Qad nəsilləri bunlardır, sayları 40 500 nəfərdir.
19Yəhudanın iki oğlu var idi: Er və Onan. Onlar Kənan torpağında öldülər.
20Nəsillərinə görə Yəhudalılar bunlardır: Şela soyundan Şela nəsli; Peres soyundan Peres nəsli; Zerah soyundan Zerah nəsli.
21Peres övladları bunlardır: Xesron soyundan Xesron nəsli; Xamul soyundan Xamul nəsli.
22Yəhuda nəsilləri bunlardır, sayları 76 500 nəfərdir.
23Nəsillərinə görə İssakar övladları bunlardır: Tola soyundan Tola nəsli; Puva soyundan Puva nəsli;
24Yaşuv soyundan Yaşuv nəsli; Şimron soyundan Şimron nəsli.
25İssakar nəsilləri bunlardır, sayları 64 300 nəfərdir.
26Nəsillərinə görə Zevulunlular bunlardır: Sered soyundan Sered nəsli; Elon soyundan Elon nəsli; Yaxleel soyundan Yaxleel nəsli.
27Zevulun nəsilləri bunlardır, sayları 60 500 nəfərdir.
28Nəsillərinə görə Yusifin oğulları: Menaşşe və Efrayim.
29Menaşşe övladları bunlardır: Makir soyundan Makir nəsli, Makir Gileadın atası idi; Gilead soyundan Gilead nəsli;
30Gilead övladları bunlardır: İezer soyundan İezer nəsli; Xeleq soyundan Xeleq nəsli;
31Asriel soyundan Asriel nəsli; Şekem soyundan Şekem nəsli;
32Şemida soyundan Şemida nəsli; Xefer soyundan Xefer nəsli.
33Xefer oğlu Selofxadın oğlu olmadı, amma Maxla, Noa, Xoqla, Milka və Tirsa adında qızları var idi.
34Menaşşe nəsilləri bunlardır, sayları 52 700 nəfərdir.
35Nəsillərinə görə Efrayim övladları bunlardır: Şutelah soyundan Şutelah nəsli; Beker soyundan Beker nəsli; Taxan soyundan Taxan nəsli;
36Şutelah övladları bunlardır: Eran soyundan Eran nəsli.
37Efrayim övladlarının nəsilləri bunlardır, sayları 32 500 nəfərdir. Nəsillərinə görə Yusif övladları bunlardır.
38Nəsillərinə görə Binyaminlilər bunlardır: Bela soyundan Bela nəsli; Aşbel soyundan Aşbel nəsli; Axiram soyundan Axiram nəsli;
39Şufam soyundan Şufam nəsli; Xufam soyundan Xufam nəsli.
40Belanın oğulları Ardla Naaman nəslindən törənənlər bunlardır: Ard soyundan Ard nəsli; Naaman soyundan Naaman nəsli.
41Nəsillərinə görə Binyamin övladları bunlardır, sayları 45 600 nəfərdir.
42Nəsillərinə görə Dan övladları bunlardır: Şuxam soyundan Şuxam nəsli. Bunlar Dan nəslindən törənən nəsillərdir.