11Çünki hikmət yaqutdan qiymətlidir, İnsanın könlü istəyən şeylər ona tay deyil.
12Mən hikmətəm, uzaqgörənlik məndə məskən salıb, Biliyi, dərrakəni tapmışam.
13Rəbb qorxusu pisliyə nifrət etməkdir, Lovğalığa, təkəbbürə, pis yola, Hiyləli dilə nifrət edərəm.
14Nəsihət, sağlam şüur mənimdir, İdrak mənəm, qüvvəm var.
15Mənim vasitəmlə şahlar hökmranlıq edir, Hökmdarlar ədalətli fərman verir.
16Ədalətli hakim olan bütün başçılar və əsilzadələr Mənim vasitəmlə hökm verir.
17Məni sevənləri sevirəm, Məni səylə axtaran tapır.
18Sərvət və şərəf, Dağılmaz var-dövlət və salehlik yanımdadır.